Bakı Metropoliteninin Gənclik stansiyasının keçidlərində sentyabrın 24-də “Könlüm keçir Qarabağdan” adlı fotosərgi açılıb. Bu haqda APA məlumat yayıb.
Sərgidə Azərbaycan Milli Arxiv İdarəsi tırıfindən verilən 92 nadir foto təqdim olunub.
Fotoşəkillərdə Qarabağın sosial-mədəni mühiti, məişəti, təbiəti, mənzərələri canlandırılıb və Ağdam-Xankəndi dəmiryolunun açılışı əks olunub.
Hər stenddə təqdim edilən QR kod vasitəsilə sərgini mobil cihazdan onlayn izləmək olar.