Gürcü jurnalistlər və ekspertlərdən ibarət nümayəndə heyətinin Bakı və Gəncədən əlavə, işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl və Şuşaya səfəri planlaşdırılıb. Bu barədə Azərbaycan səfirliyi sentyabrın 20-də məlumat yayıb.
Səfər Azərbaycanın Gürcüstandakı səfirliyi və SOCAR-ın Gürcüstan Nümayəndəliyi tərəfindən dəstəklənir.
Məlumata əsasən, səfərin məqsədi Ermənistan tərəfindən işğalın fəsadları ilə tanış olmaqdır.
Daha öncə, sentyabrın 18-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstan üçün yalnız qonşu yox, qardaş dövlət olduğunu bildirmişdir.
Nazirin sözlərinə əsasən, iki ölkə arasında dostluq münasibətləri yüksək səviyyədədir və Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.