2021-ci ilin ilk 11 ayı ərizndə Gürcüstan Azərbaycana ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 22%-dək artırıb. Bu barədə 2 yavnar tarixində Trend Gürcüstan Milli Statistika İdarəsinə istinadən məlumat verib.
Azərbaycana ən çox ixrac olunan məhsullar isə nəqliyyat avadanlıqları, sənaye avadanlıqları, qida məhsulları və içki, istehlak malları və sənaye məhsullarıdır.
Eyni dövrdə Azərbaycan Gürcüstandan idxal edən ölkələr arasında üçüncü yeri tutub və Gürcüstanın ixracında Azərbaycanın payı 12,8% təşkil edib.