Oktyabrın 11-də Gürcüstanın Azərbaycandakı səfirliyinin binasında matəm günü ilə əlaqədar dövlət bayrağı endirilib. Bu barədə Report məlumat verib.
8 oktyabr tarixində Batumidə yaşayış binası çöküb və hadisə insan ölümü ilə nəticələnib.
Bu səbəbdən oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.