Bakıda Gürcüstan vətəndaşı tərəfindən yol qəzası törədilib. Onun avtomobillə vurduğu qadın hadisə yerində vəfat edib. Bu haqda 12 yanvarda Report məlumat verib.
Hadisə yanvarın 11-də Xəzər rayonu ərazisində 1962-ci il təvəllüdlü piyada qadının yolu keçmək istədiyində baş verib.
Faktla bağlı cinayət işi açılıb.