Gürcüstandan Azərbaycana gələn avtomobillərdə gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “Mercedes Benz” və “Renault Premium” markalı nəqliyyat vasitələri saxlanılıb. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində 8000 ədəd siqaret aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.