Gömrükçülər Gürcüstandan Azərbaycana hərəkət edən avtomobildə dərman vasitələri aşkarlayıb. Bu barədə dekabrın 16-da Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, “Qırmızı Körpü” gömrük postunda yük avtomobili saxlanılıb.
Yoxlama zamanı yük nəqliyyat vasitəsində müxtəlif adda 347 qutu və 211 flakon dərman vasitələri aşkarlanıb.
Bundan əvvəl, dekabrın 8-də Gücrüstandan Azərbaycana gələn avtmobildə marixuana tapılmışdır.