Siqaret və telefon aksesuarlarının qanunsuz yolla Gürcüstandan Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bu barədə martın 18-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “DAF” və “Renault” markalı yük nəqliyyat vasitələri saxlanılıb.
Yoxlama zamanı ümumilikdə 608 ədəd “iPhone” markalı mobil telefonun aksesuarları ilə birlikdə boş qutuları, 371 ədəd usb, 84 ədəd “Samsung” markalı mobil telefon qutusu və 4 ədəd qulaqlıq tapılıb. Bundan əlavə, 38 min ədəd “Heets” markalı siqaret aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.