Sloveniyada keçirilmiş şahmat üzrə şəxsi Avropa çempionatında qadınların qrosmeyster üzrə son normasını yerinə yetirərək Gövhər Beydullayeva qrosmeyster adını qazanıb. Bu barədə 7 aprel tarixində Azərbaycan Şahmat Federasiyasının rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, həmçinin son turda qələbə qazanan Read Səmədov qrosmeyster üzrə ilk, Abdulla Qədimbəyli isə ikinci normativini toplayıb.