Göyçayın Qaraməryəm kəndində yerləşən mal-qaranın qışlaq yatağında 28 yaşlı qadın intihar edib. Bu barədə yanvarın 6-da APA məlumat verib.
Məlumata əsasən, 28 yaşlı qadın yaşadığı fermada özünü kəndirlə asaraq intihar edib. O, üç uşaq anası olub.
Hadisənin səbəbi hələlik məlum deyil. Ekspertiza nəticəsinə görə, onun əvvəlcə böyrək çatışmazlığı səbəbindən öldüyü bildirilib, daha sonra isə qadının intihar etdiyi məlum olub.
Sözügedən şəxs Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan İsmayıllıya gəlin gedib, daha sonra isə ailəsi ilə birgə Göyçaya köçüb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma davam edir.