Bu gün Göygöl şəhərində 18 yaşadək cüdoçular arasında beynəlxalq turnir start götürüb. Bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Turnirin ilk günündə qızlar arasında 36, 40, 44, 48, oğlanlar arasında isə 46, 50, 55, 60 kiloqram çəki dərəcələrində görüşlər keçiriləcək.
Yarışda Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Sloveniya, Polşadan 100-dən çox idmançı iştirak edir.
İki gün davam edəcək turnirə ölkəmizin 400-ə yaxın gənc cüdoçusu qatılıb.