Gəmilərdən zibil və başqa predmetlər atmağa görə cərimə artırılır.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, gəmilərdən zibil və başqa predmetlər atmağa görə 30 manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, gəmilərdən tullantı və başqa predmetlər atmağa görə 300 manat məbləğində cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.