Gəncənin "Tekstilni" adlanan ərazisində 20 yaşlı gəncin əlində qurğu partlayıb. Bu barədə aprelin 27-də Report xəbər verib.
Sözügedən ərazidə işləyən fəhlə binanın damında partlayıcı qurğu aşkarlayıb. Bu zaman da partlayış baş verib.
Yaralanan gənc xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilib.
Partlayıcı qurğunun qumbara başlığı olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma davam edir.