Ötən il Gəncədə polisə yalan məlumat verən Şakir Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə aprelin 22-də Qafqazinfo məlumat yayıb.
Hadisə keçən il 2 iyul tarixində baş verib. Ş. Məmmədov polisə zəng edərək Gəncə Şəhər İcra Hakimiyyətinin binasına ümumilikdə 13 ədəd bomba yerləşdirildiyini deyib. Onun barəsində Cinayət Məcəlləsinin “terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə” maddəsilə iş açılıb.
O bildirib ki, bombalar 1 saat yarımdan sonra partlayacaq. Məlum olub ki, məlumat yalandır. Ş. Məmmədovun sərxoş halda olması dəqiqləşib.