top
Gəncə terrorunda üç əzizini itirən ana: “Atılan son raket balalarıma tuş gəldi” – MÜSAHİBƏ
17 oktyabr 2024, 05:00
- ↺ +

Gəncə terrorunda üç əzizini itirən ana: “Atılan son raket balalarıma tuş gəldi” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən beşinci dəfə raket atəşinə tutulmasından dörd il ötür.

2020-ci ilin oktyabrın 17-də gecə saat 01:00-da atılan raket Aida İmanquliyeva və Samir Xasıyev küçələrində yerləşən əhalinin sıx yaşadığı əraziyə düşüb.

Hadisə zamanı 20 ev dağılıb, xeyli sayda mülki şəxs dağıntının altında qalıb. Nəticədə dinc sakinlərdən 15 nəfər həlak olub, 54 nəfər yaralanıb.

Terror nəticəsində bir neçə ailələrin üzvləri həlak olub. Onlardan biri də Şahnəzərovlar ailəsidir. Erməni terroru nəticəsində Röyal Şahnəzərov, onun həyat yoldaşı Züleyxa Şahnəzərova və qızları, bir yaşlı Mədinə Şahnəzərli şəhid olublar. Bir sözlə, əsl ailə faciəsi yaşanıb. Bu gün Şahnəzərovlardan geriyə sadəcə yeddi yaşlı Xədicə qalıb. O da ana nənə-babasının himayəsində yaşayır.

Gəncə terrorunda üç əzizini itirən ana: “Atılan son raket balalarıma tuş gəldi” – ÖZƏL MÜSAHİBƏ

Gencexeber.az terror qurbanı olan Röyal Şahnəzərovun anası Təzəgül Şahnəzərli ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Təzəgül xanım, öncə oğlunuzla bağlı xatirələrinizdən danışmağınızı istərdim.

–  Oğlum Şahnəzərov Röyal Yusif oğlu 1986-cı il yanvarın 18-də Gəncə şəhərində doğulub. 1992-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib.  Daha sonra 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil alaraq, zərgərlik peşəsinə yiyələnib. Zərgər kimi fəaliyyət göstərirdi.

– Oğlunuzun başına gələnlərdən necə xəbər tutdunuz?

– O günlər yadıma düşdükcə dəhşətə gəlirəm. Faciə oldu. Gecə idi. Mən Bakıda qızımgildə idim, yata bilmirdim, özümü narahat hiss edirdim. Mən ayın 16-ı qayıtmalıydım. Qızım getməyə qoymadı. Dedi ki, səhər gedərsən. Oğluma zəng vurdum, zəng çatırdı, lakin cavab vermirdi. Gəlinim ilə də bir neçə saat öncə danışmışdım. Hər şeyin qaydasında olduğunu demişdi.

Daha sonra televizoru açdım, Türkiyənin telekanallarının birində Gəncədə sivil insanların ermənilərin raket hücumuna məruz qaldığını eşitdim. Yenə oğluma zəng vurdum, lakin cavab gəlmədi.

Gəncə terrorunda üç əzizini itirən ana: “Atılan son raket balalarıma tuş gəldi” – ÖZƏL MÜSAHİBƏ

“Evim yerlə-yeksan olmuşdu”

– Daha sonra qonşuma zəng vurdum. Dedi ki, “evi yıxılmış, haradasan? Dünyamız dağılıb”. Karantin olduğu üçün Bakıdan dərhal gələ bilmədim. Saat 6-da gəlib çıxdım. Gəlib gördüm ki, evim yerlə-yeksan olub. Oğlum, gəlinim və nəvəm də artıq yox idi.

“Oğlumun telefonu salamat qalmışdı”

– Oğlumun telefonu salamat qalmışdı. Hələ də zəng çatırdı. Amma balam sağ deyildi. Hər üçü dağıntılar altında qalmışdılar. Oğlum bağça tərəfdən, gəlinim qonşunun həyətindən tapılmışdı. Mədinəni isə daha tez çıxarmışdılar. Körpəm mələk olmuşdu. Bircə nəvəm Xədicə sağ idi. O da xəstəxanaya yerləşdirilmişdi.

“Kaş oğlum özü şəhid olardı”

– Oğlum Röyal cəbhəyə könüllü yazılmışdı. Gedəcəyi günü gözləyirdi. Deyirdi ki, çağırılan kimi gedəcəyəm. Dedim, sən getsən mən özümü öldürərəm. Dedi ki, sən şəhid analarından artıq deyilsən, dözərsən. Çox vətənpərvər idi. Canını verməyə hazır idi. Kaş balam gedib cəbhədə şəhid olardı. Balaları ilə yoldaşı sağ qalardı.

Gəncə terrorunda üç əzizini itirən ana: “Atılan son raket balalarıma tuş gəldi” – ÖZƏL MÜSAHİBƏ

– Oğlunuz ilə sonuncu dəfə nə zaman danışmışdınız?

– Biz birlikdə yaşayırdıq. Sadəcə mən Bakıya qızımgilə getmişdim. Oğlumla hər gün danışırdım. İlk raket atılanda oğluma dedim ki, evdən çıxaq, bizə də düşəcək. Dedi, sən çıx get. Gəlinimi də atası aparmışdı. Oğlum evdən çıxmadı. Hadisə başlamamışdan üç gün öncə Röyal yoldaşı ilə uşaqlarını evə gətirmişdi.

Hətta telefonla danışanda oğluma qışqırdım ki, gəlini niyə gətirmisən. Gəlinimi və nəvələrimi kaş özümlə Bakıya apara biləydim. Bəlkə də salamat qalacaqdılar.  Dörd ildir ki, balalarımı axtarıram… Hələ də özümə gələ bilmirəm.

–  Nəvəniz Xədicə həmin hadisələrdən nələr danışır?

– Xədicə mənə onların əmanətidir. Ailə faciəsi Xədicəyə çox pis təsir edib. Onu soldurub. İçimizdə hələ də qorxu var. O anları unutmaq çox çətindir. Xədicə ikinci sinfə gedir. Balam böyüyür. Onun xoşbəxt olması üçün əlimdən gələni edirəm. Balamın balası təki xoşbəxt olsun. Ömrün qalan hissəsini Xədicənin xoşbəxtliyi üçün sərf edirəm.

– Torpaqlarımız düşmən tapdağından azad olunanda hansı hissləri keçirdiniz?

– Bir gözüm ağladı, biri güldü. Sevinirdim ki, vətənim azad olundu, müharibə dayandı. Sevinməliydim də. Lakin balalarıma görə kədərlənirdim. Atılan son raket elə balalarıma tuş gəldi.

Nəzrin Vahid


Son xəbərlər

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Dünən, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Dünən, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Dünən, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Dünən, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Dünən, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Dünən, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Dünən, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Dünən, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Dünən, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Dünən, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Dünən, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Dünən, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Dünən, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər