Gəncə şəhər ərazisində “Niva” markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını pozan sürücü saxlanılıb. Bu barədə 25 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, avtomobilə baxış zamanı qanunla istifadəsi qadağan olan çoxavazlı səs siqnalı və yan şüşələrin qanuna zidd olaraq tündləşdirilməsi də aşkar olunub.
Bildirilib ki, sürücü barəsində tərtib edilən protokollar baxılması üçün məhkəməyə göndərilib.