Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid Unikala istinadən bu gün, 19 avqust tarixində xəbər verir.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən binaların birində qeydə alınıb.
30 yaşlı Ariz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Həsənov qaynı tərəfindən bıçaqlanıb. Ariz Həsənovun hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.