Gəncədə 50 yaşlı qadın yaşadığı evdə özünü asaraq intihar edib. Bu haqda aprelin 28-də APA xəbər verib.
Hadisə şəhərin "AQTA 6" adlanan yaşayış massivində qeydə alınıb. Qadının meyiti yaxınları tərəfindən tapılıb.
Məlumatda qeyd olunub ki, qadın əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma davam edir.