Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilib. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi isə ləğv edilib. Bu haqda Prezident İlham Əliyev aprelin 25-də Sərəncam imzalayıb.
Sərəncam iyulun 1-dən qüvvəyə minir.