Sabiq korpus komandiri, general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb. Bu haqda noyabrın 16-da Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, Hərbi Prokurorluqda hadisənin baş verdiyi gün “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Hikmət Həsənov ötən il noyabrın 20-də işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bu günədək 167 vətəndaş mina partlayışından zərər çəkib, 33 nəfər isə dünyasını dəyişib.