Oktyabrın 27-də keçirilən məhkəmə prosesində general-leytenant Rövşən Əkbərova hökm oxunub. O, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sabiq birlik komandiri “qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunub.
Buna baxmayaraq generalın hərbi rütbəsi və fəxri adları alınmayıb. Səbəb məhkəmə işində bununla bağlı təqdimatın olmamasıdır.
Qeyd edək ki, prokuror sözügedən şəxsə 11 il, zərərçəkmişin vəkili isə 15 il cəza verilməsini istəyib.
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov 16 mart 2021-ci ildə həbs edilib. Səbəb onun 20 il əvvəl törətdiyi cinayət əməlidir. General-leytenant Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirməkdə şübhəli bilinir. O vaxt yayılan məlumatlara görə, mərhumun ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilib.