General-leytenant Rövşən Əkbərovun bugün keçirilməsi nəzərdə tutulan məhkəməsi təxirə salınıb. Səbəb hakim heyətinə daxil olan Elbəy Allahverdiyevin koronavirusa yoluxması olub. Bu barədə Report sentyabrın 15-də məlumat yayıb.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Azərbaycanın Milli Qəhrəmanı, sabiq birlik komandiri olan Rövşən Əkbərov 16 mart 2021-ci ildə həbs edilib. Onun həbsinin səbəbi 20 il əvvəl törətdiyi cinayət əməlidir. Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur.
Belə ki, general-leytenant Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirməkdə şübhəli bilinir. O vaxt yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilib.