Akrobatika gimnastikası üzrə Azərbaycan yığması “Wars and Sawa Cup” beynəlxalq turnirinin qalibi olub. Bu barədə İnsanoid bu gün, 11 sentyabr tarixində Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir.
Polşanın paytaxtı Varşavada keçirilən turnirdə millimiz qızıl medal əldə edib.
Buna Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (yeniyetmələrdən ibarət qrup), Daniel Abbasov və Murad Rəfiyev (cütlük) nail olublar.