Çexiyanın paytaxtı Praqa şəhərində aerobika gimnastikası üzrə keçirilən açıq beynəlxalq turnirdə idmançılarımız 7 medal qazanıblar. Bu haqda aprelin 10-da Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Yarış 12-14 və 15-17 yaşlılar arasında keçirilib.
Ümumilikdə idmançılar 4 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.