Azərbaycan gimnastları Rumıniya və Polşada keçirilən beynəlxalq yarışlarda medallar qazanıblar. Bu haqda mayın 3-də Gimnastika Federasiyasından məlumat verilib.
Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında 21-ci "Irina Deleanu Cup”a yekun vurulub. Təmsilçimiz Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasında bürünc medal qazanıb.
Yığmanın digər üzvləri: Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı gürzlərlə çıxışına görə 3-cü yerdə qərarlaşıblar.
Varşavada baş tutan "XIV İrina Cup"da isə İlona Zeynalova çoxnövçülükdə qızıl, halqa ilə hərəkətlərdə gümüş medal əldə edib. Gənclər arasında mübarizə aparan Kamilla Qafarova da çoxnövçülük yarışlarında qızıl medal qazanıb. Gimnastımız Mədinə Dəmirova topla hərəkətlərin icrasına görə gümüş medalın sahibi olub.