“GoMap.az” elektron platformasında Qərbi Azərbaycanın toponimləri bərpa olunub. Bu layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə "Sinam" şirkəti tərəfindən həyata keçirilib.
Ermənistanın regionda dəyişdiyi bütün abidələrin adları artıq Azərbaycan dilindəki tarixi adları ilə nümayiş olunur. Şirkətin prezidenti Elçin Əliyevin sözlərinə əsasən, 1000-dən çox toponim bərpa olunub.
“Ümid edirik ki, həmin ərazilərdən olan məcburi köçkünlər elektron platformaya daxil olaraq, doğulduqları yerləri qeyd edəcək və həmin yerlərin şəkillərini əlavə edəcəklər”, - deyə "Sinam"ın rəhbəri vurğulayıb.