top
Gömrük Komitəsi: ölkəyə gətirilən sifarişlərdə qaçaqmalçılıq halları artıb
22 aprel 2022, 02:28
- ↺ +

Gömrük Komitəsi: ölkəyə gətirilən sifarişlərdə qaçaqmalçılıq halları artıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlər daşıyıcı şirkətlər vasitəsilə Azərbaycana gətirilən yüklərin içərisində şəxsi istifadə adı altında bəyan edilən mallardan kommersiya təyinatlı malların aşkar edilməsi və qaçaqmalçılıq faktları artıb. Bu barədə aprelin 22-də Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Ötən ilin 3 ayı ərzində 7 belə fakt müəyyən edil­mişdisə, bu ilin eyni dövründə 4 dəfə çox - 29 belə fakt müəyyən edilib. Eyni zamanda, onlayn sifariş əsasında daşınması həyata keçirilən bağlamalarda verilən limit məbləğindən sui-istifadə halları artıb.

Bu kimi faktlara misal olaraq, ayaqqabı yükü kimi qeyd edilən bağlamaya gömrük baxışı zamanı ayaqqabının içindən 200 min manata yaxın dəyərində brilyant qaşlar aşkar edilib.

Digər poçt daşıma şirkəti tərəfindən gətirilən geyim əşyalarının içərisindən “Samsung” markalı mobil telefonlar, həmçinin “Maska paketi” yükləri kimi bəyan edilən bağlamanın içərisindən qızıl-zinət əşyaları aşkarlanıb.

Bundan əlavə, 146 ədəd bağlamaya aid qiymət məlumatları faktiki yuxarı həddə olmağına bax­mayaraq, “1” türk lirəsi qeyd edilib. Bu da öz növbəsində aylıq limit məbləğinin düzgün hesablanmasına mane olur.

Dövlət Gömrük Komitəsi vətəndaşları qanunvericiliyə riayət etməyə və bəyannamədə mallara dair məlumatları düzgün gös­tərməyə çağırıb.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Bu gün, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Bu gün, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Bu gün, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Bu gün, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Bu gün, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Bu gün, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Bu gün, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Bu gün, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Bu gün, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Bu gün, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
09 noyabr 2026, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Oxşar xəbərlər