Goranboy fermerləri ilə aqrar sığorta mövzusunda görüşlər keçirilib. Bu haqda 5 noyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında məlumat verilib.
Görüşdə iri, orta və kiçik sahibkarlar üçün sığortalanan məhsullar, əhatə olunan risklər, sığorta haqları və hadisə baş verərkən ödəniş prosesi haqqında məlumat verilib.
Keçirilən tədbir zamanı fermerlərə xatırladılıb ki, yeni qaydalara əsasən 10 hektar və daha artıq əkin sahəsi olan təsərrüfatlar subsidiya almaq üçün sığorta olunmalıdır.
Hazırda aqrar sığorta vasitəsilə 14 bitki, eləcə də südlük inəkləri və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığortanın əsas üstünlüyü sığorta haqqının 50%-ni dövlətin ödəməsidir.
Sahibkarlar təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun “1651” Cağrı Mərkəzinə zəng edə və ya aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinə müraciət edə bilərlər. Həmçinin rayonda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzinə yaxınlaşmaq olar.
Sığorta haqqını bitkiçilik və heyvandarlıq sığortası kalkulyatoru vasitəsilə hesablamaq mümkündür.