Xaçmaz rayonunda mağazadan oğurluq edən Goranboy sakinləri saxlanılıblar. Bu barədə 4 yanvar tarixində Report məlumat yayıb.
Xaçmaz Rayon Polis Şöbəsinə rayonun sakini müraciət edərək ona məxsus mağazadan qapını sındırma yolu ilə, oğurluq edilməsi barədə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki Goranboy sakini saxlanılıb. Həmin şəxslərin mağazadan müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, 60 manat pul və 3 170 manat dəyərində siqaretlər oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.