Goranboyda tanışının qətlində təqsirləndirilən Yevlax şəhər sakininin cinayət işi materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə aprelin 28-də APA məlumat paylaşıb.
O, 2021-ci il noyabrın 10-da 53 yaşlı tanışını Yevlaxdan Goranboyun Ballıqaya kəndinə gətirib. Daha sonra isə təqsirləndirilən şəxs orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışının başını daşla əzərək onu öldürüb.
Qətlə yetirilmiş şəxsin cəsədi noyabrın 13-də aşkarlanıb.
Cinayəti törədən 44 yaşlı şəxs isə saxlanılaraq istintaqa təhvil verilib.