Goranboy, Tovuz və Şəmkir rayonlarında fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan etmələri üçün səyyar xidmət göstərilib. Bu barədə 14 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Ümumilikdə sözüdegən rayonlarda 10 000-ə yaxın fermerə səyyar aqrar xidmət göstərilib.
Təşkil olunan xidmətin əsas məqsədi əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərməkdir.
Növbəti aqrar səyyar xidmətin Zaqatala, Hacıqabul və Cəlilabad rayonlarında təşkil olunması nəzərdə tutulub.
Daha öncə səyyar aqrar xidmət Şəki, Sabirabad, İmişli və Füzuli rayonlarında təşkil edilmişdir.