Goranboyda 8 oktyabr tarixində Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 63 yaşlı Əhmədov Ziyad Ələs oğlu iş otağında qətlə yetirilib. Bu barədə Goranboy Rayon Prokurorluğu məlumat verib.
İlkin məlumata əsasən, qətli törədən şəxs qismində Mərkəzin baş mühasibi şübhəli bilinir. 29 yaşlı Mirhadı Bağırov aralarında yaranmış mübahisə zamanı direktora bıçaqla xəsarət yetirib. Aldığı xəsarətdən zərərçəkmiş dünyasını dəyişib.
Mirhadı Bağırov saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.