Bugün, noyabrın 20-də Goranboyda mülki şəxs saat 12:00 radələrində kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb. Bu haqda Baş Prokurorluq məlumat yayıb.
Hadisə Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə baş verib. Kənd sakini Şahin Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Həmçinin dünən Dövlət Sərhəd Xidmətinin giziri və Minatəmizləmə Agentliyinin əməkdaşı minaya düşüblər. İkincinin vəziyyəti ağır qiymətləndirilir.