Goranboy rayon Abbasqullular kəndində yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb. Bu haqda 18 dekabr tarixində Report məlumat verib.
Belə ki, qəza "VAZ" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində baş verib. Minik maşınında olan 31, 33 və 62 yaşlı sərnişinlər müxtəlif bədən xəsarətləri alıblar. Onlardan biri Goranboy rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlayıb.