Goranboy rayonunun Xoylu kənd sakinləri suyun olmamağından şikayətlənirlər. Bu barədə avqustun 13-də Xəzər xəbər reportaj paylaşıb.
Sakinlər bildirib ki, 20-25 gündür torpaqlarını suvara bilmirlər. Onlar iddia edirlər ki, Kürəkçaydan ayrılan qol Xoylu kəndindən qonşu Nizami kəndə ötürülür. Bu səbəbdən onların torpaq sahələri, hətta ev heyvanları da susuz qalıb.
"Cavad Xan sudan istifadə edənlər birliyinin" icraçı direktoru Cabir Xəlilov sakinlərin narazılıqları ilə razılaşıb. O, istilər səbəbindən çaylarda suyun azaldığını və kəndə verilən suyun normasının aşağı olduğunu bildirib. Amma direktor suyun başqa kəndlərə verilməsi iddiası ilə razılaşmayıb.