Aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var, cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 23-28°, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacaq.