Gürcüstandan Azərbaycana gələn avtomobildə psixotrop maddə aşkarlanıb. Bu barədə aprelin 25-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana daxil olan nəqliyyat vasitəsi saxlanılıb.
Gömrük baxışı zamanı avtomobilin salonunda, oturacağın üzərində və sürücüyə məxsus pul qabının içərisində 7 qram metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.