Aprelin 26 və 27-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Azərbaycana rəsmi səfər edəcək. Bu haqda aprelin 26-da qonşu dövlətin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Prezident İlham Əliyev, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Görüşlərdə iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, İlya Darçiaşvili Gürcüstanın xarici işlər naziri vəzifəsinə aprelin 4-də təyin olunub.