Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Bu haqda dekabrın 22-də Report məlumat yayıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə jurnalistlər buraxılmayıb.
Sözügedən şəxs məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, “qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunub. Lakin generalın hərbi rütbəsi və fəxri adları alınmayıb. Səbəb məhkəmə işində bununla bağlı təqdimatın olmamasıdır.
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov 16 mart 2021-ci ildə həbs edilib. General-leytenant Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirməkdə təqsirləndirilir. O vaxt yayılan məlumatlara görə, mərhumun ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilib.