Sabiq səfir Eldar Həsənov xəstəxanadan yenidən təcridxanaya qaytarılıb. Bu barədə onun vəkili Report-a oktyabrın 18-də məlumat verib.
E.Həsənov bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına yerləşdirilib. Bildirilir ki, o hipertoniya və digər xəstəliklərdən əziyyət çəkir.
Sabiq səfir ötən ilin avqust ayında DTX tərəfindən saxlanılıb. Sözügedən şəxs 2010-2020-ci illərdə Azərbaycanın Bosniya və Herseqovina, Serbiya, Monteneqrodakı fövqəladə və səlahiyyətli səfiri idi. O bu vəzifədə çalışdığı dövr ərzində 30 255 737 manat mənimsəməkdə şübhəli bilinir.