29-30 yanvar tarixlərində Bakıda və respublikanın digər ərazilərində 737 toy şənliyinin monitorinqi keçirilib. Bu haqda yanvarın 31-də APA xəbər verib.
DİN-dən verilən məlumata əsasən, monitorinq 726 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər cərimə olunub. 181 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.