Həftəsonu, yanvarın 29-da və 30-da Azərbaycanda vətəndaşlardan müvafiq sənədləri olmayan 8 ədəd ov tüfəngi götürülüb. Bu barədə yanvarın 31-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2 vətəndaş qanunsuz saxladıqları silahları könüllü olaraq polisə təhvil verib.
Faktlarla bağlı araşdırmalar davam edir.