Azərbaycanda həlak olmuş hərbi qulluqçuların ailə üzvləri mənzillə təmin olunacaq. Bu, noyabrın 17-də müzakirə olunan “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, vəfat etmiş hərbi qulluqçunun ailə üzvləri digər yaşayış sahəsi verilmədən yaşadıqları yaşayış sahələrindən çıxarıla bilməzlər.
Həlak olmuş hərbi qulluqçunun ailə üzvlərinin icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kirayəyə götürülmüş sahədən istifadə haqqına görə pul kompensasiyasını almaq hüququ var.
Həmçinin ailə üzvlərinə hərbi tibb müəssisələrində güzəştli şərtlərlə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ verilir.