Müdafiə Nazirliyi “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsinə dair 2022-ci tədris ili üçün tədbirlər planı hazırlayıb. Bu haqda 8 yanvar tarixində qurumdan məlumat verilib.
Belə ki, tədbirlər çərçivəsində mədəni dəyərlərin qorunması, daşınan və daşınmaz irsin müdafiə edilməsi və digər mövzular müzakirə ediləcək.
Həmçinin hərbçilərimiz Qarabağda dağıdılmış abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların diqqətinə çatdırılması istiqamətində aparılan işlər barədə məlumatlandırılacaq.