Həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası başlayıb. Bu haqda 6 yanvar tarixində Report xəbər verib.
Məhkəmənin baxış iclası yanvarın 19-da keçiriləcək.
Hadisə sentyabr ayının 12-si Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində baş verib. Aralarında yaranan mübahisə zamanı 1996-cı il təvəllüdlü qadına həyat yoldaşı tərəfindən bıçaqla xəsarətlər yetirilib. Faktla bağlı “qəsdən adam öldürməyə cəhd etmə” maddəsi ilə cinayət işi başlanılıb.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.