Tovuz rayonunun Aşağı Quşçu kəndində həyat yoldaşını öldürən şəxsə hökm oxunub. O, 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Report oktyabrın 28-də xəbər verib.
Təqsirli bilinən 35 yaşlı şəxs 2020-ci ilin avqust ayında qısqanclıq zəminində 31 yaşlı həyat yoldaşını bıçaqlayıb.
O, “qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə ittiham olunub.
Zərərçəkmiş xəstəxanaya çatdırılsa da həlak olub.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.