Bakıda şöbədə arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşının cinayət işi icraata verilib. Bu barədə 30 dekabr tarixində Report məlumat verib.
Qeyd edək ki, hadisə 2021-ci ilin 30 sentyabr tarixində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində baş verib. Saxlanılan şəxs azyaşlı övladlarının gözü qarşısında həyat yoldaşına xidməti silahla 15 dəfə atəş açaraq öldürüb.