Abşeron rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə iclası başlayır. Bu barədə 12 yanvar tarixində Report məlumat verib.
Hadisə 2021-ci ilin oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonunun Xırdalan şəhərində baş verib. Belə ki, həmin ərazidə fərdi yaşayış evində kirayədə yaşayan 30 yaşlı Sənan Umarov həyat yoldaşı 22 yaşlı İnci Umarovaya 25 bıçaq zərbəsi yetirərək öldürüb.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.