Hacıqabulda silsilə oğurluq edən 4 şəxs saxlanılıb. Bu haqda martın 10-da APA məlumat yayıb.
Onlar Hacıqabulda 4 fərdi təsərrüfatdan xırda buynuzlu heyvanlar oğurlayıblar. Zərərçəkmişlərə maddi ziyan vuran 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, onlar daha 2 rayon ərazisində - Kürdəmir və Bərdə rayonlarında 4 təsərrüfatdan iri və xırda buynuzlu heyvanları oğurlayıblar.
Faktla bağlı Hacıqabul RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb.