1. Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir.
2. Hesablama Palatası dövlət vəsaitindən istifadə zamanı 1 milyard manatlıq təhriflər aşkarlayıb. Həmçinin “BakuBus” MMC-nin dövlət vəsaitləri hesabına aldığı yeni avtobuslardan istifadə etmədiyi aşkar olunub.
3. Aprelin 22-də Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb. Tədbirdə Prezident İlham Əliyev çıxış edib.
4. Paytaxtın Nərimanov rayonunda polis əməkdaşı qısqanclıq zəminində serjant rütbəli nişanlısını qətlə yetirib, daha sonra özü intihar edib.
5. Qubadlıda 29 yaşlı gənc oğlan, Kəlbəcərdə isə Azərbaycanın hərbi qulluqçusu minaya düşüb.
6. “Sputnik Azərbaycan” media qurumunun fəaliyyətinin dayandırılması ilə bağlı sosial şəbəkələrdə aksiyalara başlanılıb.
7. Cari ilin yanvar-mart aylarında Azərbaycanı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox turist ziyarət edib.
8. May ayında bayramlarla bağlı 6 gün qeyri-iş günü olacaq.
9. Paytaxtda 10-12 iyun tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün infrastruktur-quraşdırma işləri başlanılıb.